23 İyul 2014 11:13
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində Guizhou Vilayətindəki Nanming Çayında üzən böyük rezin ördək daşqına görə sahildən uzaqlaşıb və görünməz olub. Bundan cəmi bir neçə ay əvvəl məhşur rezin ördək Tayvanda nümayiş olunarkən partlamışdı.

Holland sənətçi Dlorentijn Hofmanın 18 metrlik əsəri ötən həftə yerli vaxtla 19:00 radələrində, şəhərə güclü yağış yağandan sonra yoxa çıxıb, Tayvandakı Want China Times xəbər saytı məlumat verir.

Ördəyin çəkisi 1 ton, onun altındakı platformanın çəkisi isə 10 ton olsa da, fırtına onu asanlıqla yerindən tərpədib.

"Ördək arxası üstə düşdü və şiddətli leysana görə çox qısa bir müddətdə (sahildən uzaqlaşdı)", nümayişin koordinatoru Yan Jianxin Wall Street Journal dərgisinin China Real Time bloquna bildirib. "Düz gözlərimin qabağında yoxa çıxdı".

Bundan əvvəl ördək Tayvanda nümayiş olunarkən Klikləyinpartlamışdı, Honkonqda isə Klikləyinhavası buraxılmışdı.


Rezin ördək 2007-ci ildən dünyanın müxtəlif ölkələrində nümayiş olunur. Bu yaxınlarda ördək Sydney, Sao Paolo və Bakıda da olub.

Rezin ördək

Rezin ördək Avstraliyada (Sydney şəhəri)

/BBC/


Müəllif: