24 Avqust 2017 15:10
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünənki tarixi zəfərdə futbolçular bir kənara, komandanın adicə tərcüməçisinin, həkiminin, sürücüsünün yerində olmaq da böyük zövq verərdi mənə… Məsələn, razıyam ki, Qurban müəllim mövsüm boyu məni meydana buraxmazdı, ehtiyat skamyada çürüyərdim, nə bilim, komandanın su daşıyanı olardım, amma dünənki zəfərə məhz orda canlı şahidlik edərdim…

Teleqraf.com-un məlumatına görə, bu sözləri sosial şəbəkədə teleaparıcı Rahil Sayadoğlu yazıb.

O, “Qarabağ”a olan hislərini belə ifadə edib:

“Yaxşı mənada paxıllıq hissi… Deməli, Stefan Sveyq xatirələrində yazır: “Vyanada yaşayan incəsənət adamlarına böyük heyranlığımız vardı. Onlara o qədər çox pərəstiş edirdik ki, bu sevgi ətrafa da yayılırdı. Məsələn, Sonnentalın bərbəri, Cosef Keynsin faytonçusu və başqaları hörmət etdiyimiz, yerində olmaq istədiyimiz insanlar idi..."

Bəli… Çox vaxt qəhrəmanlara əlimiz çatmır, əvəzində onların yanında olanlara vəhşi bir paxıllıq hissi duyuruq.

Dünən “Qarabağ”a yaxın olan hər kəsə paxıllıq edirdim…”

Xatırladaq ki, dünən “Kopenhagen”lə cavab oyunu keçirən “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


Müəllif: Könül

Oxşar xəbərlər