25 Avqust 2017 14:40
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Turan” informasiya agentliyinin baş direktoru Mehman Əliyevə üç maddə ilə ittiham verilib.

Teleqraf.com xəbər verir ki, o, təqsirləndirilən şəxsə çevrilib və ona Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) və 308.1 (vəzifədən sui-istifadə) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Prokurorluq Mehman Əliyev barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə təqdimat verib.

Mehman Əliyev məhkəməyə aparılıb.

Qeyd edək ki, "Turan" sentyabrın 1-dən fəaliyyətini dayandırcağını elan edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər