"Biz vicdanımızı, ədalət hissimizi bir kənara qoyub sadəcə şəxsi maraqlarımız üçün hərəkət edə bilmərik. Suriya, İraq, Balkanlar, Qafqaz, Şimali Afrikadakı qardaşlarımıza ürəyimizi açdığımız kimi Arakanda da zülmə məruz qalan məzlumları yalnız buraxa bilmərik".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Zəfər bayramında çıxışı zamanı bildirib.
Qeyd edək ki, Arakan müsəlmanları 2012-ci ildən Myanmar hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə qırğınlara məruz qalırlar.