Ermənistan Qərbə yalnız regionda sabitliyi pozmaq, “yad” geosiyasi strategiyanın həyata keçirilməsi üçün lazım ola bilər. NATO-nun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Uilyam Laxyu yaxın vaxtlarda ağzından qaçırdı ki, Ermənistanın NATO-ya üzvlüyü mümkündür. İrəvan özünün komplementarlıq siyasətini davam etdirir, bu, eyni vaxtda iki stulda oturmaq cəhdinə oxşayır. Bəs bu baş tutacaqmı?
Teleqraf.com xəbər verir ki, bu fikirlər Gürcüstanın Samsxe-Cavaxeti bölgəsindəki Orfolo poliqonunda Gürcüstan və NATO-nun “Agile Spirit 2017” (“Zirək ruh 2017”) çoxmillətli hərbi təlimləri barədə “Vestnik Kavkaza” nəşrindəki məqalədə yer alıb.
Məqalədə Ermənistanın NATO-nun hərbi təlimlərində yenidən, faktiki olaraq, Moskvanın, yumşaq desək, özünə dost dövlətlər sırasına aid etmədiyi ölkələrlə yanaşı iştirak etdiyi vurğulanır:
“Ermənistanın hakimiyyət orqanları keçən ay Ermənistan elə həmin Gürcüstanda NATO-nun təlimlərində iştirak edərkən, Rusiyanın yarımrəsmi ekspert dairələrinin səsləndirdiyi hədə-qorxu dolu aqressiv ritorikadadan asılı olmayaraq, ölkənin müdafiə siyasətini ardıcıl surətdə şaxələndirir”.
1in.am-a istinadla “Vestnik Kavkaza” bəyan edib ki, Ermənistan – Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və formal baxımdan bu qurumlar qarşısında öz öhdəliklərini yerinə yetirir, digər tərəfdən – Ermənistanın hakimiyyət orqanları açıq-aşkar anlayır ki, Qərb strukturları ilə əməkdaşlıq meydanında inkişaf üçün resurs görünür:
“Təsadüfi deyil ki, son 10 gündə Ermənistan prezidenti və baş naziri payızda bu ölkənin Avrasiya İqtisadi İttifaqı ilə yeni çərçivə sazişi imzalayacağı barədə danışırlar. İrəvanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması Moskvada, təbii ki, qısqanclıq və narazılıqla qarşılanacaq, məhz ekspert dairələri tərəfindən verilən sərt qiymətlər buna sübutdur. Digər tərəfdən, sivil dünyadan ardıcıl surətdə təcrid edilən Rusiyanın Ermənistanın siyasətinə qətiyyətli təsir göstərmək üçün lazımi resursları yoxdur – üstəlik, Rusiyanın Azərbaycanı silahlarla təchiz etməsi sözün geniş mənasında Ermənistanın siyasətinin Qərbə tərəf yönəldilməsini qanuniləşdirib”.
Nəşr məqaləyə sözardı kimi qeyd edib ki, son nəticədə, erməni hərbçiləri “Agile Spirit” çoxmillətli təlimlərində iştirakdan imtina ediblər, ola bilsin, Ermənistan rəhbərliyi öz səhvini başa düşüb.
“Vestnik Kavkaza” KİV-in rolunu xüsusi qeyd edərək bundan sonra da region ölkələrinin rəhbərlərinin Rusiyaya münasibətdə sözləri ilə işləri arasında uyğunsuzluğu aşkar etməyi öhdəsinə götürdüyünü bəyan edib.