5 Sentyabr 2017 14:09
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Samsxe-Cavaxeti bölgəsindəki Orfolo poliqonunda Gürcüstan və NATO-nun “Agile Spirit 2017” (“Zirək ruh 2017”) çoxmillətli hərbi təliminin rəsmi loqosunda Ermənistanın bayrağı Azərbaycan bayrağı ilə əvəzlənib.

Teleqraf.com aysor.am-a istinadla xəbər verir ki, hərbi təlimin loqosunda Azərbaycan bayrağının əks olunması erməniləri qıcıqlandırıb. Erməni KİV-ləri Gürcüstan Müdafiə Nazirliyinin “Agile Spirit 2017”-də Azərbaycanın iştirak edəcəyini əvvəlcədən elan etmədiyini yazıb. Ermənilər Gürcüstan tərəfini icazəsiz loqonu dəyişməkdə ittiham edir.

Ermənistanın müdafiə nazirinin müavini Artak Zakaryan Ermənistanın rəsmi olaraq NATO-nun Gürcüstandakı təlimlərində iştirak edəcəyini demədiyini iddia edib.

Gürcü mediası isə Ermənistanın təlimlərdə iştirakdan boyun qaçırdığını anlamaqda çətinlik çəkdiklərini qeyd edib.

Xatırladaq ki, sözügedən təlimlər NATO və tərəfdaş ölkələrin iştirakı ilə senyabrın 3-dən 11-dək keçirilir.


Müəllif: Nərgiz