5 Sentyabr 2017 23:39
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin baş katibi Antoniu Quterreş Myanma hakimiyyətini Rakhayn ştatının müsəlman əhalisinə
qarşı zorakılıqlara son qomağa çağırıb.

Teleqraf.com xəbər verir ki, BMT-nin baş katibi jurnalistlərə açıqlamasında deyib ki, Myanma dövləti müsəlmanlara vətəndaşlıq verməlidir.

"Rakhayn ştatının müsəlmanlarına onların normal həyat sürməsi üçün ya vətəndaşlıq, ya da müvəqqəti hüquqi status vermək çox vacibdir", - deyə o bildirib.

Baş katib BMT-nin Myanmanı etnik qrupların hüquqlarına riayət olunan demokratik ölkə kimi görmək istədiyini qeyd edib.

"Mən Myanma hökumətini - mülki və hərbi hakimiyyəti bu zorakılığa son qoymağa çağırıram. Fikrimcə, bu, regionda sabitliyi poza biləcək vəziyyət yaradır", - deyə Quterreş bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər