Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Milli Təhlükəsizlik Şurası sentyabrın 25-də İraq Kürdüstanında keçiriləcək referendumun qanunsuz və yolverilməz olduğu barədə bəyanat qəbul edib.
"Ankara bu məsələdə beynəlxalq hüququ müdafiə edəcək", - bəyanatda deyilir.
İraqın Kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani isə təzyiqlərə baxmayaraq, referendumun sentyabrın 25-də keçiriləcəyini bildirib.