Azərbaycanda dövlətə xəyanət edən hərbçilərin istintaqı davam etdirilir.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.
DTX rəisi qeyd edib ki, hərbi qulluqçuların dövlətə xəyanət etməsi ilə bağlı görülən işlər məxfi olduğuna görə ətraflı məlumat vermək düzgün deyil:
"Bu istiqamətdə hər zaman işlər görülür. Təbii ki, bir sıra dövlətlər bu kimi yırtıcı casusları işlədir. Dövlətin hüquq-mühafizə orqanları bununla mübarizə aparır".
M.Quliyev rekert jurnalistlərin həbsi ilə bağlı məsələyə də münasibət bildirib:
"5-6 ildə belələri respublikada çox idi. Bunların da qarşısı alınır".