30 Sentyabr 2017 13:41
1 703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dörd nəfər Türkiyə vətəndaşının Azərbaycan tərəfi ilə razılaşdırmadan işğal olunmuş Dağlıq Qarabağ səfəri öz təşəbbüsləridir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Müstüoğlu deyib.

O bildirib ki, bu səfər Ankaranın mövqeyini əks etdirmir:

“Türkiyə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və onun yanındadır”.

Qeyd edək ki, Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət vəkili Ufuk Uras, yazar Sait Çətinoğlu, jurnalistlər Əli Bayramoğlu və Ərol Qatırcıoğlunun Dağlıq Qarabağa səfər etməsi, burada anti-Azərbaycan meyilli açıqlamalar verməsi rəsmi Bakının narazılığına səbəb olub.

Azərbaycan Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının həbs olunaraq, məhkəmə qarşısına çıxarılmasını istəyir.


Müəllif: Samir

Oxşar xəbərlər