Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu gün Moskvada ATƏT-in baş katibi Tomas Qreminqerlə görüşəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı ATƏT-in cari gündəliyi, 7-8 dekabrda Vyanada keçiriləcək ATƏT xarici işlər nazirlərinin görüşü, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolu və digər regional problemlər müzakirə olunacaq.