Türkiyə iş adamı Rza Zərrabla bağlı ABŞ-a ikinci notasını verib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyə ilk notaya cavab verilmədiyindən ABŞ-a ikincisini təqdim edib: "Ötən gün ABŞ Ədliyyə Nazirliyindən, həm də Dövlət Departamentindən səfirliyimizə yazılı cavab gəlib. Məktubda Rza Zərrabın sağlıq durumunun yaxşı olduğu, başqa bir yerdə saxlanıldığı, heç bir problem olmadığı qeyd edilib".
Çavuşoğlu qeyd edib ki, Türkiyə Rza Zərrabın müdafiəsi istiqamətində gərəkən bütün addımları atacaq.