22 Noyabr 2017 13:10
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Büdcə layihəsi real proqnozlaşara əsaslanaraq hazırlanıb. Ötən illərlə müqayisədə bütün sahələrə əlavə vəsait ayrılması müsbət haldır.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Jalə Əliyeva parlamentdə büdcə müzakirəsi zamanı çıxış edərkən deyib.

Millət vəkili büdcə layihəsi ilə bağlı bir sıra təkliflərini də səsləndirib: “Ötən illə müqayisədə mədəniyyət sahəsinə çox vəsait ayrılsa da, bu, dövlətin mədəniyyət siyasətinin həyata keçirilməsi üçün yetərli deyil. Bu vəsaiti artırmaqla kitabxanaların, film siyasətinin inkişafına, bundan başqa güzəştli ipotekanın müəllim, həkimlərə şamil edilməsinə, internat müəssisəsi məzunlarının işlə təminatına diqqət ayrılmasını istərdik.

Buradan həmçinin iş adamlarına müraciət edirəm. Onlar onlarla göydələnlər ucaldılır. Bu mənzillər hesabına aztəminatlı ailələr, uşaq evləri məzunlarının evlə təminatına imkan yarada bilərlər”.

J.Əliyeva seçildiyi bölgənin bəzi problemlərini də diqqətə çatdırıb: “Zərdab rayonunda yeni məktəb və uşaq bağçalarının tikintisinə ehtiyac var. Məlikli və Körpükənd xəstəxanalarının təmirə, rayonun qəzalı vəziyyətdə olan Tarix Diyarşünaslıq Muzeyinin təmirinə vəsait ayrılmasına ehtiyac var”.


Müəllif: Cavad

Oxşar xəbərlər