28 Noyabr 2017 13:16
4 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda 13 yaşlı oğlanla 14 yaşlı qızın evlənməsi barədə gedən informasiya yanlışdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Yevlax rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Muxtarov deyib.

Onun sözlərinə görə, elə bir nikah qeydə alınmayıb:

“Deyirlər, guya qaraçılar yaşayan ərazidə olub. Həmin ərazinin sahə müvəkkilinə zəng edib soruşdum. Bildirdi ki, belə bir toy, belə bir evlənmə olmayıb.

Düzdür, qaraçılarda uşaqları erkən evləndirmək ənənəsi var. Baxırsan ki, 20 yaşındadır, amma 6 uşaq atasıdır. Təbii ki, gedib soruşanda təkzib edirlər. Çünki rəsmi nikah bağlamırlar”.

Qeyd edək ki, mediada Yevlax rayonunda qaraçı toyunda 13 yaşlı bəylə 14 yaşlı qızın evlənməsi barədə informasiya getmişdi.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər