1 Avqust 2014 10:56
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ilə Həmas 72 saatlıq atəşkəsin təmin olunması ilə bağlı razılığa gəlib.


Məlumata görə, bu barədə ABŞ dövlət katibi Con Kerri və BMT baş katibi Pan Ki Mun bildirib.

Atəşkəs bu gün yerli vaxtla saat 08:00-dən başlanır. C.Kerri və P.K.Munun adından yayılan açıqlamada bildirilir ki, Qəzzada yaşayan vətəndaşlar atəşkəs müddətindən ərzağın toplanması, cənazələrin dəfn edilməsi, yaralıların müalicə edilməsi üçün istifadə edəcək. Bu müddətdə həmçinin əhalini su və elektriklə təmin edən müəssisələr də təmir ediləcək.

Atəşkəs razılığı barədə məlumatı Həmas da təsdiqləyib.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər