Milli Məclisin bu gün keçirilən plenar iclasının birinci hissəsində “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” layihə, “İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında” qanun layihələrinin təsdiqi təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov dövlət tədbirləri olduğu üçün bu məsələlərə iclasın ikinci hissəsində baxılacağını bildirib.
Qeyd edək ki, plenar iclasın ikinci hissəsində müzakirələrə hökumət nümayəndələri də qatılacaq.