1 Avqust 2014 11:59
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə ermənilərlə təmas xəttində milli ordumuz 8 (bəzi məlumatlara görə 11-13) şəhid verib. Gənc insanlar bizi, torpağımızı qoruyarkən həlak olublar.


Telekanallar bu barədə xəbər yaymaq əvəzinə proqramlarına heç bir dəyişiklik etməyiblər. Hamısında ənənəvi əyləncə xarakterli musiqili verilişlər gedir.

Başqa vaxt "vətən, torpaq, xalq, millət" deyə-deyə camaatın başını yarırlar. Bu, nə davranışdır, bu, nə hərəkətdir. Siz bu millətdən deyilmisiniz? Bizə görə canını fəda edən gənc insanların acısına üzülməyiniz başınıza dəysin, heç olmasa, bir az susun.

Allah bilir, bəlkə də onların bu hadisədən xəbərləri belə yoxdur. Belədirsə də, çox pis. Ar olsun!

"Space"də "ad günü", "Lider"də komediya, "Xəzər", "ATV"-də canlı musiqi gedir.


Müəllif:

Oxşar xəbərlər