Gürcüstanın sabiq Prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili ilə Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin yaxın adamı biznesmen Sergey Kurçenkonun səs yazısı yayılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səs yazısını Ukraynanın Baş prokuroru Yuri Lutsenko təqdim edib.
Saakaşvili: Alo, Sergey, salam. Necəsiz?
Kurçenko: Salam. Bizdə hər şey yaxşıdı, bəs sizdə?
S: Düşünürəm ki, düz istiqamətdə hərəkət edirik.
K: Aydındır.
S: Mənim dostum dedi ki, sizinlə danışmalıyam. O sizdən çox razıdır.
K: Aydındır. Baxın, müzakirə edəcəyimiz məsələni deyirəm. Mənim Ukraynada biznes maraqlarım, resurslarım və Rusiyada istənilən kabinetə girmək imkanlarım var. Mən sizinlə əlaqələr qurmaq istəyirəm. Bu mümkündür?
S: Mən düşünürəm ki, siz mənim dostumla danışmalısız.
K: Sizin elə etibarlı dostunuz var ki, biz onun vasitəsilə əlaqə saxlayaq?
S: Düşünürəm ki, adam tapmaq asandır.
K: Yaxşı, sizdə elə adam var?
S: Əlbəttə, əlbəttə.
K: Biz gözləyirik. Biz mütləq hansısa model təklif edəcəyik.
S: Yaxşı, danışdıq.
K: Yaxşı, onda biz sizin adamınızı gözləyirik.
S: Yaxşı, sağ olun.