1 Avqust 2014 16:36
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasında sürətli avtomobil yolu ilə daşınan zürafənin ölüm səbəbləri araşdırılır.
Şahidlər deyir ki, yük maşınında olan iki zürafədən biri Johannesburgun əsas trassında başından körpüyə dəyərək yaralanıb.

Daha sonra yük maşınında nasazlıq yaranıb. Bir neçə saatdan sonra zürafələr veterinara aparılsa da, onlardan biri ölüb.

Hadisə sosial şəbəkələrə- xüsəsən Twitterə də yansayıb.

Thinus Botha adlı bir şəxs deyib ki, zürafə daşınan yük maşınının yanında şütüyərkən heyvanın başı Garsfontein körpüsünə dəyib.

"Çoxlu qan var idi", o yazıb.

Rəsmilər heyvanın başından yaralandığı üçün öldüyünü desə də, tibbi ekspertiza aparılacağını qeyd edib.

/BBC/


Müəllif:

Oxşar xəbərlər