8 Dekabr 2017 11:22
2 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 12-dən başlayaraq Suriyada müşahidə məntəqələri quran Türkiyə Silahlı Qüvvələri Afrin sərhədinə çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla da türk ordusu YPG silahlıları ilə üz-üzə gəlib.

Məlumatlara görə, Türkiyə, Rusiya və İran arasında imzalanan Astana razılaşmasına əsasən, türk ordusu Suriyada 12 müşahidə məntəqəsi qurmalıdır. Bu mənqətələrdən 3-ü tam hazırdır.

İlk müşahidə məntəqəsi Salvah bölgəsində inşa olunub. İkincisi Seman bölgəsində, üçüncüsü isə Türkiyə ilə sərhəddən 35 kilometr aralıda Şeyx Akil dağında qurulub. Növbəti məntəqə Əbu Duhurda tikiləcək.

Hazırda türk ordusu ilə YPG silahlıları arasında məsafə 2 kilometrdən azdır.

Bundan başqa, türk ordusu Afrin əməliyyatı ilə əlaqədar Hatay və Kilis bölgəsində hərbi mövcudluğunu gücləndirmək niyyətindədir. Türkiyə Silahlı Qüvvələrinin bu hərəkəti YPG silahlıları arasında təşvişə səbəb olub.

Bölgədə ara-sıra silah səslərinin eşidildiyi bildirilir. Silahlılar türk ordusunun nəzarətindəki bölgələrə atəş açmaqla onlara mane olmağa çalışırlar. Suriyalı müxaliflər isə YPG-nin bu addımına qarşı tədbirlər görürlər.


Müəllif: Samir

Oxşar xəbərlər