ABŞ Prezidenti Donald Trampın Qüds qərarından sonra İsrail hökuməti yeni addımlar atmağa başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ilk olaraq İordan çayının qərb sahillərində hərbi varlığını artıran Tel-Əviv indi də Qüdsdə yeni yaşayış məntəqələrinin salınması ilə bağlı qərar qəbul edib.
Qərara əsasən, Qüdsdə 14 min evlik yeni yaşayış yerləri salınacaq və burada yəhudilər məskunlaşacaq. Həmin evlərdən 6 mini müsəlmanların yaşadığı bölgədə inşa olunacaq.
Dünyanın Trampın Qüds qərarına qarşı sərt reaksiyalar göstərdiyi vaxtda İsrailin belə bir qərar qəbul etməsi Fələstin tərəfindən narahatlıqla qarşılanıb.