2 Avqust 2014 12:45
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Viktor Yanukoviç onun tutulub Maydana aparılmaması üçün Yasenyuk və Turçinova 4 milyard dollar verib.


Məlumata görə, belə bir şok iddia ilə Ali Radanın adının çəkilməsini istəməyən deputatlarından biri çıxış edib.

Onun sözlərinə görə, məlum hadisələr zamanı Yanukoviç tutularaq Maydana gətirilib, cəzalandırılmalı idi, lakin son anda Aleksandr Turçinov və Arseni Yasenyuk geri addım atıblar.

Ali Rada kuluarlarında isə belə söhbət gəzir ki, Yanukoviç qaçması üçün 4 milyard dollar verib.

Deputatın sözlərinə görə, həmin pullar Turçinov və Yasenyuka verilib, çünki prezidentin Maydana gətirilməsi ilə bağlı qərarı son anda onlar dəyişib: “Həmin vaxt Qərb liderlərindən biri Yanukoviçə zəng edərək xəbərdarlıq edib ki, əgər qanlı planlarından əl çəkməsə, onu Maydana təhvil verəcəklər. Həmin zəngdən sonra Yanukoviç geri çəkilmək əmri verib. Yasenyuk və digər müxalifət liderlərinin də bundan xəbərləri olub. Əgər indiki hakimiyyət Yanukoviçi buraxmasaydı müharibə də olmayacaqdı”.

axar.az


Müəllif: