21 Dekabr 2017 14:19
823
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada beynəlxalq hüquq normaları var. Hazırda bu normaları pozan ABŞ Prezidenti Donald Trampdır. BMT Təhlükəsizlik Şurasında Qüdslə bağlı 14 dövlətin həmrəylik göstərməsi əslində müsbət addımdır. ABŞ Prezidenti Tramp bir səhv edib, indi 14 ölkə toplaşaraq onun səhvini düzəltmək istəyir. Buna görə həmin ölkələri maliyyə ilə hədələmək heç bir məntiqə sığmır və növbəti ciddi səhvdir.

Bu fikirləri Teleqraf.com-a politoloq Qabil Hüseynli ABŞ prezidenti Donald Trampın BMT Təhlükəsizlik Şurasında onun Qüds qərarının əleyhinə səs verən ölkələrə maliyyə yardımını dayandıracağı ilə hədələməsini şərh edərkən deyib.

Qabil Hüseynli deyib ki, müasir dünyada Amerika demokratiyanın cənnəti kimi qəbul olunur:

“Bu halda sual yaranır: demokratiyanın cənnətində fikir ayrılığına, ifadə azadlığına görə qadağalar necə tətbiq edilə bilər? Söhbət BMT kimi əhəmiyyətli bir beynəlxalq təşkilatda diplomatların müstəqil şəkildə səsverməsindən gedirsə, Trampın buna nə aidiyyəti var? Bəyəm Amerika prezidenti dünyaya, millətlərə və dövlətlərə ağalıq etmək niyyətindədir? Açığı, Donald Trampın bu hədəsi Amerika adına biabırçılıqıdır. Bunun başqa izahı yoxdur”.

Müsahibimiz xatırladıb ki, məhz BMT Təhlükəsizlik Şurasında Qüdslə bağlı qətnamə çıxmadığı üçün hazırda BMT Baş Assambleyası Qüdslə bağlı müzakirələrə hazırlaşır:

“Bu müzakirə bu gün keçiriləcək. Mən hesab edirəm ki, Baş Assambleya Qüdslə bağlı müsbət bir qətnamə çıxaracaq. Trampın son maliyyə şantajından sonra başqa çür qərar çıxarılacağını düşünmürəm. Üstəlik Baş Məclisdə 56 müsəlman dövləti təmsil olunur və onların hamısı Qüdslə bağlı qətnaməni dəstəkləyəcək. Eyni zamanda Avropa ölkələri də Trampın Qüds qərarı ilə həmrəylik nümayiş etdirməyiblər. Latın Amerikası ölkələrindən də Qüdslə bağlı qətnaməyə dəstək ifadə olunacaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər