3 Avqust 2014 00:50
3 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəqiqələrdə Ermənistan Silahlı Qüvvələri cəbhənin Qazax, Tərtər və Ağdam istiqamətində yenidən kəndləri intensiv atəşə tutmağa başlayıb.


Publika.az-ın bölgədə olan müxbirlərinin verdiyi xəbərə görə, getdikcə atəş intensivləşir. Xüsusi ilə Ağdam istiqamətində düşmən ordusu iriçaplı silahlardan istifadə edir.


Qazaxın Aslanbəyli və Məzəm kəndləri atəşə tutulur. Hazırda Məzəmə giriş məhdudlaşıb.Buna baxmayaraq kənd sakinləri öz evlərini tərk etmir. Sakinlərin evlərini tərk etməsi xəbərləri şayiədir.


Müəllif:

Oxşar xəbərlər