29 Dekabr 2017 13:20
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Bəyannamə təsdiq edilib.

Teleqraf.com-un xəbərinə görə, bəyannamə ilə bağlı məlumat verən millət vəkili Səməd Seyidov onun iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

S.Seyidov bildirib ki, bu il ərzində Azərbaycan Parlamentində böyük işlər görülüb: “Bu uğurları beynəlxalq əlaqələrə də aid etmək olar. Şərq tərəfdaşlığı sammmitində Prezidentin iştirakı, Azərbaycanda İslam Həmrəyliyi Konfransının keçirilməsi xarici siyasətimizdəki uğurlardan hesab edilə bilər. Bu gün Milli Məclisdə təsdiq edəcəyimiz Bəyannamə də məhz uğurlu xarici siyasətin davamıdır. Sənəddəki hər bir bənd iki ölkə arasındakı münasibətləri yüksək səviyyəyə yüksəltmək məqsədi daşıyır. Bu sənəddə tərəflərin Xəzər dənizinin bölünməsi ilə bağlı eyni mövqedə çıxış etməsini görürük. Həmçinin sənəddə Azərbaycanda Beynəlxalıq Dəniz Ticarəti Limanının tikilməsi də əks olunub ki, bu liman Türkmənistandakı eyni limanla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək”.

Milli Məclisdə həmçinin Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında", Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Sazişlər də təsdiq edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər