Ərdəbildə azərbaycanlılar İran hökumətinin əleyhinə kütləvi etiraz aksiyası keçiriblər.
Teleqraf.com xəbər verir ki, polis aksiyanı dağıtmaq üçün güc tətbiq edib. 50 nəfərin saxlanıldığı bildirilir.
Təbriz şəhərində keçirilən aksiyalar zamanı isә 90 nəfər saxlanılıb.
Xatırladaq ki, dekabrın 28-dən İranın Tehran, Məşhəd, İsfahan və Rəşt şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib.
Hökumət məmurları insanları qanunsuz etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıblar.