Güney Azərbaycandan olan fəallar yerli sakinləri etiraz aksiyalarına dəvət edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, çağırışda aksiyaların yanvarın 4-dən başlayaraq hər gün saat 16:00-da şəhərlərin mərkəzi xiyabalarında, Təbrizdə isə Rasta küçəsində keçiriləcəyi bildirilib:
“Etirazlar Azərbaycan türk millətinə edilən zülmlər, ana dilimizdə təhsil, Urmiya gölünün bərpası və sair kimi məsələlərə görə önəmlidir. Hər kəs aksiyalara qoşularaq dinc şəkildə etiraz bildirməyə dəvət olunur”.