Gədəbəy rayonunun düşmənlə sərhəd olan Şınıx bölgəsində yerləşən Göyəmli kəndində 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb.
Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb.
Rayon mərkəzi xəstəxanasının həkimləri yaralını əməliyyat ediblər. Həkimlər məktəbli qızın vəziyyətinin kafi olduğunu bildirirlər.
Xatırladaq ki, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində gəzərkən düşmən gülləsinə tuş gəlib.
publika.az