Suriyadan gələ biləcək raket və hava hücumunun qarşısını almaq üçün İncirlik hərbi hava bazasında hazırlıqlar başa çatıb.
Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, bazada “Partiot” hava hücumundan müdafiə qurğuları döyüşə hazırlıq vəziyyətinə gətirilib.
2013-cü ildə NATO tərəfindən göndərilən sistemlər Türkiyəyə ediləcək istənilən hava hücumunu dəf etmək gücünə malikdir.