ABŞ dövlət katibi Reks Tillerson Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya XİN rəhbəri Sergey Lavrovla Türkiyənin Suriyada başladığı Afrin əməliyyatı ətrafındakı vəziyyətlə bağlı müzakirə aparıb.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauret məlumat yayıb.
“ABŞ dövlət katibi Reks Tillersonun türk və rusiyalı həmkarları ilə telefon danışığında Birləşmiş Ştatların Suriyanın şimal-qərbində yaranmış situasiya ilə bağlı çox narahat olduğu vurğulanıb”, - deyə Hezer Nauret bildirib.