PKK törəmələri dezinformasiya yayır, bəzi rus saytları da onu tirajlayırlar.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, guya silahlı kürdlər Afrində Türkiyənin 4 tankını vurublar:
“Sabah da başqa şayiə yayacaqlar ki, guya bölgədə mülki əhali arasında itkilər var. Odur ki, informasiya məkanında da mübarizə davam etməlidir. Məsələn, yaxşı olardı ki, Türkiyənin dünyadakı bütün səfirləri çalışdıqları ölkələrin tanınmış qəzetlərində Ankaranın Suriyada həyata keçirdiyi hərbi əməliyyatının əsl məqsədini aydınlaşdıran məqalələr yayımlayardılar. Yenə elə olmasın ki, cəbhədə qazanılan uğur masada təsdiq olunmasın”.
E.Şahinoğlu daha sonra deyib ki, indi səfirlikdə oturub çay içmək vaxtı deyil.