“İraqda törətdiyimiz qətliamlardan hamının xəbəri var. Bizim səbrimizi zorlamasınlar”
İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Avropa, Rusiya və ABŞ-ı təhdid edib. Təhdidlərini əsasən Türkiyəyə yönəldən terrorçular ölkənin hakim və müxalif partiyalarını hədələyiblər. Bununla bərabər, jurnalistlər və Cübbəli Əhməd də təhdid edilib.
Videodan göründüyü kimi, əlində bir ip tutan İŞİD-in Türkiyə əmiri Əl-Marksisi əvvəlcə Cübbəli Əhmədin qulağını kəsəcəyi və sonra aləmə ibrət olsun deyə onu Taksim meydanında asacağı ilə hədələyib.
Xatırladaq ki, Cübbəli Əhməd Xoca kimi tanınan Mahmud Ünlü Türkiyədə İŞİD-ə qarşı sərt mövqe sərgiləyən nadir din xadimlərindəndir. O, müsəlmanları İŞİD-ə qətiyyən inanmamağa cağırıb və peyğəmbərin 1200 əvvəl onlar haqqında öncəgörmələrinin olduğunu bildirib. Mahmud Ünlü həmçinin İŞİD-i “namussuz və şərəfsiz” də adlandırıb.
publika.az