Türkiyə Silahl Qüvvələrinin Suriyanın Afrin bölgəsində başlatdığı “Zeytun budağı” əməliyyatına bu gün bordo berelilər qatılacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bordo berelilər YPG terrorçularının xəndək savaşına və sızma planlarına qarşı fəaliyyətlərdə iştirak edəcək.
Qeyd edək ki, əməliyyatın 3-cü günündə 15 bölgə terrorçulardan azad edilib. Azez vilayətində Burseya dağı və 3 kənd PYD silahlılarından tamamilə təmzilənib. 170 hədəf məhv edilib.