Suriyada oyunun sona yaxınlaşması mərhələsində Qərb ölkələri Ankaranın diplomatik dəstəyindən mərhum olmağı qəbul edə bilməz.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Qardian” qəzetində bu gün dərc edilən məqalədə qeyd edilib.
Diplomat Patrik Vintourun imzası ilə çap edilmiş məqalədə Ankaranın qarşılaşdığı problemlər səbəbindən Dəməşq hökuməti və Rusiya ilə razılaşma əldə etməyə məcbur ola biləcəyi vurğulanır:
“Bu durum ABŞ Dövlət katibi Reks Tillersonun Suriyada Bəşər Əsəd rejimi və iranlı milislərin tamamilə ölkəni tərk etməsinə yönəlik bir həftə əvvəl etdiyi çıxışdan sonra Vaşinqton üçün fəlakət olar. Tillersonun çıxışı İngiltərə xarici siyasətinə təsir göstərən çıxış olsa da, Avropada dəstək görmədi. Bu, daha əvvəl Trampın Suriya siyasəti və İŞİD-in yox edilməsi, habelə ölkənin yenidən qurulmasına dair fikirlərinin sıradan çıxarılması idi”.
Məqalədə qeyd edilir ki, Qərb ölkələri 7 ildir Suriyada davam edən daxili müharibədə Dəməşq müxalifətinə dəstək verir. Ancaq bu dəstək Türkiyənin iştirakı olmadan mümkün deyil və çox pis hala gələr.