Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatını davam etdirir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyatların 5-ci günündə Türkiyə Hərbi Hava Qüvvələri yerli istehsal olan T-129 ATAK helikopterlərindən istifadə edib.
Helikopterlər Türkiyə istehsalı Cirit raketləri ilə terrorçuların hədəflərinə zərbələr endirib.
Əməliyyatın görüntüləri TSK tərəfindən paylaşılıb.