Almaniya Türkiyəyə “Leopard 2” tanklarının satışını dayandıra bilər.
Teleqraf.com-un məlumatına görə, bununla bağlı Almaniya Kansleri Angela Merkel məlumat verib.
Onun sözlərinə görə, Türkiyə bu tanklardan Afrin əməliyyatlarında istifadə etdiyi üçün belə qərar aktuallaşıb:
“Əməliyyatdan yayılan görüntülərdə alman istehsalı tankların “Zeytun budağı” hərəkatında istifadə olunduğunu gördük. Satışla bağlı yekun qərarı Almaniyada qurulan yeni koalisiya hökuməti verəcək”.