25 Yanvar 2018 17:26
1 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu avstriyalı həmkarı Karin Kneissl ilə görüşüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Çavuşoğlu Suriyada təhlükəsizlik zonası yaradılması məsələsinə diqqət çəkib. O bildirib ki, bu məsələni Fransada ABŞ Dövlət katibi Reks Tillersonla müzakirə edib:

“Tillerson da Türkiyə ilə sərhəddə 30 min kvadrat kilometrlik ərazidə təhlükəsizlik zonası yaradılmasının tərəfdarı olduğunu bildirib. ABŞ ilə təhlükəsiz bölgə məsələsini müzakirə etmək üçün ilk olaraq inam hissi yaratmamız lazımdır”.

Türkiyə XİN rəhbəri Ağ Evin Rəcəb Tayyib Ərdoğan və Donald Tramp görüşündən sonra yaydığı bəyanata da münasibət bildirib:

“Fikrimcə, o bəyanat telefon danışığından öncə hazırlanıb”.


Müəllif: Samir

Oxşar xəbərlər