25 Yanvar 2018 22:08
2 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə bu həftə Suriyanın şimalındakı əməliyyatla bağlı NATO-dakı müttəfiqlərini məlumatlandırıb. Türkiyə terrordan ən çox zərər çəkən NATO üzvlərindən biridir.

Teleqraf.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq əlavə edib ki, NATO Türkiyəyə Suriyadan atılan raketlərlə bağlı müdafiə dəstəyi verib:

"Hər bir ölkə kimi Türkiyənin də özünümüdafiə haqqı var, amma bunu adekvat və balanslı şəkildə həyata keçirməlidir".

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər