27 Yanvar 2018 22:54
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov bu gün axşam Suriya böhranını müzakirə ediblər.

Teleqraf.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, tərəflər arasındakı telefon danışığı zamanı Suriya münaqişəsinin siyasi tənzimlənməsi, Afrində keçirilən əməliyyat və Rusiyanın Soçi şəhərində keçirilməsi planlaşdırılan Suriya Milli Dialoq Konqresinə hazırlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Suriya Milli Dialoq Konqresi 29-30 yanvar tarixlərində keçiriləcək.


Müəllif: Ayxan

Oxşar xəbərlər