ABŞ Maliyyə Nazirliyinin tərtib etdiyi “Kreml hesabatı” sanksiyalar siyahısına Rusiyadan ilk reaksiya gəlib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç danışıb.
Onun sözlərinə görə, Rusiya hökuməti bu məsələni müzakirə edəcək:
“Müzakirələrdən sonra ABŞ tərəfinə veriləcək cavab müəyyən olunacaq. Hələlik cavab tədbirlərinin həyata keçirilməsi üçün səbəb görmürük. Bu sənədin heç bir əsası yoxdur”.
Dvorkoviç həmin siyahıda adının çəkilməsinə də münasibət bildirib:
“Burada təəccüblü heç nə yoxdur. Rusiya hökumətinin nümayəndəsi kimi bu siyahıda olmağım normal haldır. Bu sanksiya siyahısı deyil, bu sənəddən Rusiyaya qarşı təzyiqlər vasitəsi kimi istifadə ediləcək”.
Qeyd edək ki, “Kreml hesabatı”na Rusiya Prezident Administrasiyasının bütün rəhbərliyi, rusiyalı nazirlər və oliqarxların adları daxil edilib.