Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” hərəkatında kimyəvi və bioloji silahdan istifadə ilə bağlı yayılan informasiyalara aydınlıq gətirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, məlumatda türk ordusunun Afrində bu tipli silahlardan istifadə etmədiyi bildirilib.
Bundan başqa, TSK Afrində dinc sakinlərin atəşə tutulması ilə bağlı PKK terrorçularının yalan məlumatlar yaydığını qeyd edib.