Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu “Zeytun budağı” hərəkatı çərçivəsində Afrinin şimalındakı Kurni dağının ən yüksək zirvəsini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Anadolu” agentliyinin müxbiri məlumat yayıb.
Məlumatlara görə, məntəqə terrorçulardan tamamilə təmizlənib.
Qeyd edək ki, əməliyyatların başladığı 12 gündə 19 kənd, 6 yaşayış məntəqəsi, 6 strateji olmaqla 26 məntəqə ələ keçib.