Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatı çərçivəsində Bülbül qəsəbəsini ələ keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı türk əsgərlər sosial şəbəkədə video paylaşıblar.
Onlar qəsəbədəki məktəbi PKK lideri Abdullah Öcalanın şəkillərindən və terrorçuların bayraqlarından təmziləyiblər.
Qeyd edək ki, PKK terrorçuları türk ordusunun heç vaxt Bülbülə girə bilməyəcəyini açıqlamışdı.