6 Avqust 2014 11:22
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bundestaq deputatlarının Dağlıq Qarabağa səfəri şəxsi xarakter daşıyıb və federal hökumət bu barədə məlumatlandırılmayıb

Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyindən Bundestaqın deputatlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən bildiriblər.

Qeyd edək ki, Almaniya parlamentinin Xristian-Demokrat İttifaqı ilə Xristian-Sosialist İttifaqının iki üzvü bu günlərdə Azərbaycanın işğal altında olan ərazilərinə səfər ediblər. Səfər zamanı onlar tanınmamış "Dağlqı Qarabaq Respublikası"nın separatçı rejiminin rəhbəri Bako Saakyan ilə görüşüblər. Bu barədə bir müddət əvvəl Ermənistan KİV-ləri xəbər yayıb.

Diplomatik missiyadan deyiblər: "Federal hökumət və Almaniyanın Azərbaycandakı səfirliyi deputatların bu səfərinin həyata keçirilməsinə heç bir maddi kömək göstərməyib".

Bundan başqa, Almaniya XİN-in rəsmi saytında Dağlıq Qarabağın hüquqi statusu, bu ərazilərə səfərlərin mümkün nəticələri və riskləri barədə məlumat yerləşdirilib.

Bundestaqın deputatlarının bu səfəri federal hökumət tərəfindən "DQR"-in "müstəqilliyinin" tanınmasının qətiyyən göstəricisi deyil".

/Trend/


Müəllif:

Oxşar xəbərlər