İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanla görüşüblər.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Nalbəndyan və həmsədrlər xarici işlər nazirlərinin yanvar görüşü zamanı əldə olunan razılaşmalar, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin səlahiyyətlərinin genişləndirilməsi yönündə müzakirə aparıblar.