Türkiyə ordusunun generalları Afrində keçirilən “Zeytun budağı” hərəkatını izləyiblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, TSQ Baş Qərargah rəisi Hulusi Akarın rəhbərlik etdiyi heyət təyyarədən bölgədəki vəziyyətlə tanış olublar.
Bu arada, TSQ-dan verilən məlumata görə, əməliyyatlar çərçivəsində Eşkan və Cukali Favkani kəndləri də terrorçulardan azad edilib.
Bununla da əməliyyat başladığı gündən 28-i kənd olmaqla 45 məntəqə terrorçulardan təmizlənib.