"Türkiyə bizim TANO-dakı önəmli müttəfiqimizdir. Suriya məsələsində əməkdaşlıq etmək üçün bir yol tapmalıyıq".
Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə ABŞ xarici işlər naziri Reks Tillerson jurnalistlərə açıqlamasında bildirib. Yaxın günlərdə Türkiyəyə səfər edəcək Tillerson qeyd edib ki, Türkiyənin Suriya və İraqdan təhdidlərlə üz-üzə olduğunu bilirik: "Türkiyəyə qarşı təhdidləri aradan qaldırmaq üçün müzakirələrə ehtiyac var. Məncə, Türkiyəyə ən çox fayda verəcək şey Cenevrədə razılaşdırılmış, Suriyanı sabitliyə qovuşduracaq effektiv sülh prosesidir".