Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Qusarda vətəndaşları qəbulunun vaxtı dəyişdirilib
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məluamata görə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazir Əbülfəs Qarayevin avqustun 8-də Qusar şəhərində keçirilməsi nəzərdə tutulan qəbulu bu ayın 29-na keçirilib.
Görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı problemləri dinləniləcək.