"Suiryanın hakim rejimi ilə PYD terror təşkilatı arasında çirkin təmasların olduğuna dair əlimizdə dəlillər var. Amma Əsəd rejiminin Afrinə daxil olması müzakirə mövzusu deyil. Əgər rejim formasını dəyişib Afrinə girərsə, hədəfimiz olacaq".
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ "Anadolu" agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, Əsəd ordusu deyil, şiə-milisləri Afrinə girməyə cəhd edib və onlar xəbərdarlıq atəşindən sonra geri dönüblər.
Türkiyə-Suriya siyasi hakimiyyətləri arasındakı təmasa toxunan B.Bozdağ qeyd edib ki, iki ölkə arasında siyasi təmaslar olmasa da, kəşfiyyat məlumatları ilə bağlı informasiya mübadiləsi aparılır.