Yaxın günlərdə Türkiyə Silahlı Qüvvələrinə Afrində keçirdiyi “Zeytun budağı” hərəkatı üçün yeni zirehli texnikalar təqdim ediləcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi İsmayıl Dəmir açıqlama verib.
O bildirib ki, 20 ədəd sürücüsüz tank TSQ-yə təhvil veriləcək və onlar Afrinə göndəriləcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə sürücüsüz tanklarla bağlı anons vermişdi.